1-ci Liqa təmsilçisində baş məşqçi dəyişikliyi gözlənilir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, MOİK-dir.
Mövsümə çempionluq hədəfi və böyük büdcə ilə başlayan "hərbçilər"in rəhbərliyi bərbad performansla diqqət çəkən İlham Yadullayevin fəaliyyətindən narazıdır. Klubun idarəçiləri artıq bir neçə mütəxəssislə əlaqə saxlayıblar. Rəhbərlik tələsməməyə və düzgün seçim etməyə çalışır.
Qeyd edək ki, hazırda 5 xalı olan MOİK 1-ci Liqanın turnir cədəvlində 8-ci pillədə mövqe tutub.
Nihat