AZ

Deputat ƏDV və mənfəət vergisində güzəştlərlə bağlı təkliflər irəli sürüb

Bakı. Trend:

ƏDV və mənfəət vergisində güzəştlərin əsasən məhsuldarlıq, ixracvə məşğulluq göstəricilərinə bağlı olması daha faydalı olabilər.

Trend xəbərverir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili parlamentin bugünküplenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlətbüdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, güzəşt alan müəssisələrin illik“performans hesabatı” təqdim etməsi bu güzəştlərinqiymətləndirilməsində əvəzsiz rol oynaya bilər:

“Nazirlər Kabinetinin daxili istehsalda istifadə edilən 272 addaxammal və aralıq malların idxalına tətbiq olunan gömrükrüsumlarının 2024-cü il 1 yanvar tarixindən 7 il müddətinə “0”dərəcəyə endirilməsi haqqında qərarı ixraca öz müsbət nəticələriniverməyə başlayıb”.

Deputat vurğulayıb ki, elm və rəqəmsallaşma sahələri üçün dövlətvə özəl kapitalın birgə “Texnoİnnovasiya Fondu” yaratması startapekosisteminə və universitet tədqiqatlarına birbaşa maliyyədəstəyinin verilməsi imkanlarını xeyli artıra bilər:

“Bu addım həmçinin Prezident İlham Əliyevin ElmlərAkademiyasında çıxışı zamanı elm və texnologiyalar üçün müəyyənetdiyi hədəflərin maliyyə imkanlarının yaradılmasına da xeylifaydalı ola bilər.

T.Mirkişili qeyd edib ki, hər 3 ildən bir “Güzəşt EffektivliyiSənədi”nin tərtib olunması, müəyyən edilmiş səmərəsiz güzəştlərinmərhələli şəkildə ləğv edilməsi şəffaflığın artırılması və vergibazasının genişləndirilməsi baxımından xeyli faydalı ola bilər.

Seçilən
74
9
az.trend.az

8Mənbələr