AZ

Dünyanın ən varlı şəhərləri müəyyənləşib

ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaponiyanın paytaxtı Tokio dünyanın ən varlı şəhəri elan edilib. Reyting.az xəbər verir ki, "CEOWORLD Magazine" nəşrinin araşdırmasına görə, 2025-ci ildə Yaponiya paytaxtının ümumi daxili məhsulu (ÜDM) 2,55 trilyon dollara çatıb. Siyahıda ikinci yeri 2,49 trilyon dollarlıq ÜDM ilə ABŞ-ın Nyu-York şəhəri, üçüncü yeriə isə 1,62 trilyon dollarlıq göstərici ilə Los-Anceles şəhəri tutur.Siyahıya ümumilikdə 300 meqapolis daxil edilib. İlk onluqda Tokio, Nyu-York və Los-Anceleslə yanaşı London, Seul, Paris, Çikaqo, Osako, San-Fransisko və Şanxay yer alıb.Yeni statistika 2025-ci ilin nəticələri və Asiyanın qlobal iqtisadiyyatda artan üstünlüyünü əks etdirir. Məlum olub ki, dünyanın ən böyük 10 şəhəri birlikdə dünya ÜDM-nin təxminən üçdə birini formalaşdıra bilib.Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
reyting.az

2Mənbələr