AZ

Bu tarixdə nazirliyin avtomobilləri hərraca çıxarılacaq

ain.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 18 dekabr tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Banco.az quruma istinadən xəbər verir ki, həmin tarixdə Xarici İşlər Nazirliyinə məxsus 6 ədəd nəqliyyat vasitəsi satışa çıxarılacaq. 

Qeyd edilib ki, nazirliyin hərraca çıxarılan nəqliyyat vasitələrinin start qiyməti 8 min 500 manatdan 14 min manata qədərdir.

Nəqliyyat vasitələrinin markaları isə 3 ədəd "Honda Accord", 1 ədəd "Nissan Teana", 1 ədəd "BMW 528I" və 1 ədəd "BMW 740 LI"dır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
banco.az

8Mənbələr