AZ

Aktotı Raimkulova: “Kölgəsiz dünya” filmi ortaq mədəni irsimizin bir parçası olan miniatür sənətinə həsr olunub

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 19 noyabr, AZƏRTAC

Bizim üçün böyük məmnuniyyətdir ki, bu gün Beynəlxalq Muğam Mərkəzində təşkil etdiyimiz Şanlı Zəfərin 5-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir çərçivəsində çox əlamətdar bir tarixi — Azərbaycan xalqının, eləcə də bütün Türk dünyasının Zəfərini qeyd edirik. 44 günlük Vətən müharibəsində qazanılan bu Qələbənin beşilliyi hər birimiz üçün böyük sevinc və qürur mənbəyidir.

Bunu AZƏRTAC-a müsahibəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova deyib.

“Bu gün, həmçinin Türk Mədəniyyəti və İrsi Fondunun hazırladığı “Kölgəsiz dünya” filmini təqdim edirik. Bu film bizim ortaq mədəni irsimizin bir parçası olan miniatür sənətinə həsr olunub. Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan və ümumilikdə bütün türk dünyasında miniatür sənəti özünəməxsus poetikası ilə tanınır. Bu - sözsüz poeziyadır. Bu - bizim türk irsimizdir”, - deyə Aktotı Raimkulova deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
2
azertag.az

3Mənbələr