ain.az bildirir, Metbuat saytına əsaslanaraq.
“Beşiktaş” “Barselona”nın qapıçısı Mark-Andre ter Stegenin xidmətində maraqlıdır.
Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi futbolçuya təklif irəli sürüb. İddialara görə, “Beşiktaş” futbolçunu mövsümün fasiləsində transfer etmək istəyir. İspaniyanın “Sport” nəşrinin məlumatına görə, “Beşiktaş” Stegeni icarəyə götürmək istəyir. Türkiyə klubunun icarə üçün 8 milyon avro təklif etdiyi iddia edilir. Bildirilir ki, “Barselona” rəhbərliyi qərarı oyunçunun ixtiyarına buraxıb. Məlumata görə, ter Ştegenin hazırkı prioriteti zədəsini tam sağaltmaq, formasını bərpa etməkdir.
Qeyd edək ki, ter Ştegenin “Barselona” ilə müqaviləsi 2028-ci ildə yekunlaşır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.