AZ

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sabah Cəlilabad rayonunun 3 kəndində elektrik enerjisinin verilişi dayandırılacaq.

Hakimiyyet.az xəbər verir ki, bu barədə Cəlilabad Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, noyabrın 20-də saat 10:00-dan 13:00-dək 110 kV-luq hava elektrik verilişi xətlərində aparılacaq təmir işləri ilə əlaqədar Cəlilabad rayonunun 3 yaşayış məntəqəsinin (Alar, Günəşli və Sabirabad kəndi) elektrik enerjisi ilə təchizatında fasilə yaranacaq.

Seçilən
210
15
hakimiyyet.az

10Mənbələr