AZ

Kahramanmaraşda Azərbaycanın investisiya imkanları təqdim olunub

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Ankara, 19 noyabr, AZƏRTAC

Türkiyənin Kahramanmaraş vilayətinin Ticarət və Sənaye Palatasının binasında Azərbaycanın iqtisadi imkanlarına həsr edilmiş təqdimat keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçılarına Azərbaycan iqtisadiyyatının mövcud durumu, həmçinin hökumət tərəfindən investorlar üçün yaradılan geniş imkanlar barədə ətraflı məlumat verilib.

Ölkəmizin işğaldan azad edilmiş ərazilərində sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, eləcə də biznes üçün tətbiq olunan güzəştlər xüsusi vurğulanıb.

Azərbaycanın Ticarət Nümayəndəliyinin nümayəndələri qardaş ölkədəki investorları maraqlandıran sualları cavablandırıblar.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
1
azertag.az

2Mənbələr