AZ

​Rusiyanın Polşadakı son konsulluğu bağlandı

Rusiyanın Polşadakı son konsulluğu olan Qdansk bağlanıb. Metbuat.az xəbər verir ki, bu barədə Polşa Baş nazirinin müavini və xarici işlər naziri Radoslav Sikorski açıqlama verib. O bildirib ki, dəmir yolu təxribatına cavab olaraq Qdansk konsulluğunun fəaliyyətinə dair verilən icazə ləğv edilib.

Qeyd edək ki, Varşava ilə Lyublin arasındakı dəmir yolunda nasazlıq aşkar edilmişdi. Ukraynaya yardım çatdırılması üçün də mühüm əhəmiyyət kəsb edən Varşava-Lyublin dəmir yolu xəttinə dəyən ziyanın Mika kəndi yaxınlığında partlayıcı maddələrdən istifadə edilməklə törədilən təxribat nəticəsində baş verdiyi açıqlanıb. Hadisəni həyata keçirən iki şəxsin müəyyən edildiyi və bu şəxslərin Rusiya kəşfiyyatı ilə əməkdaşlıq edən ukraynalılar olduğu irəli sürülüb.

Seçilən
41
metbuat.az

1Mənbələr