AZ

Məşhur müğənni azadlıqda

Müğənni Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.
ONN media xəbər verir ki, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, Rəqsanə İsmayılovanın müdafiəçisi Hikmət Əliyevin vəsatəti təmin edilib.
Zərərin müəyyən hissəsinin ödənməsi və zərərçəkmişlərlə təqsirləndirilən R.İsmayılova arasında olan razılığa əsasən, barəsində tətbiq edilmiş həbs qətimkan tədbiri məhkəmə tərəfindən ev dustaqlığı ilə əvəz olunub. Cinayət işi üzrə polis tərəfindən istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Rəqsanə İsmayılova 2025-ci ilin avqustunda dələduzluq etməkdə təqsirli bilinərək saxlanılmışdı.
Seçilən
159
onn.az

1Mənbələr