AZ

BMT Qış Olimpiya Oyunları zamanı barışığa çağıran qətnamə qəbul edib

Bakı. Trend:

BMT Baş Assambleyası 2026-cı ildə Milanda və Kortina d'Ampezzodakeçiriləcək Qış Olimpiya Oyunları zamanı Olimpiya barışığınınqorunmasına dair qətnamə qəbul edib.

Trend xəbər verirki, "İdman və Olimpiya idealı vasitəsilə sülh və daha xoşbəxt dünyaqurmaq" adlı qətnamə layihəsi konsensusla qəbul olunub.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Prezidenti Kirsti Koventrisəsvermədən əvvəl bildirib: "İdmanla siyasəti bir-birindən ayırmaqüçün birlikdə çalışmalıyıq. Bu o deməkdir ki, idmançılar vizalarınasiyasi səbəblərdən imtina edildiyi üçün geridə qalmaq təhlükəsi iləüzləşməkdənsə, ev sahibliyi edən ölkələrə səyahət edə və yarışabilməlidirlər".

Qətnamə doqquz bənddən ibarət olub. Onlardan birincisiOlimpiadanın başlamasına yeddi gün qalmış başlayıb ParalimpiyaOyunlarının bağlanmasından yeddi gün sonra başa çatan müddətərzində barışığa riayət edilməsini, həmçinin idmançıların, rəsmişəxslərin və digər akkreditə olunmuş şəxslərin təhlükəsizkeçidinin, girişinin və iştirakının təmin edilməsini tələbedir.

Seçilən
28
az.trend.az

1Mənbələr