AZ

Böyük faciənin 34 cü ili tamam olur

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasından 34 il ötür.Reyting.az xatırladır ki, 1991-ci il noyabrın 20-də baş verən hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub:Tofiq Kazım oğlu İsmayılov – dövlət katibiİsmət İsmayıl oğlu Qayıbov – Baş prokurorMəhəmməd Nəbi oğlu Əsədov – daxili işlər naziriZülfü Saleh oğlu Hacıyev – Baş nazirin müaviniVaqif Cəfər oğlu Cəfərov – deputatVəli Hüseyn oğlu Məmmədov – deputatOsman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatının şöbə müdiriQurban Hüseyn oğlu Namazəliyev – nazir müaviniİqor Aleksandiroviç Plaviski – keçmiş DQMV-nin prokuroruVladimir Vladimiroviç Kovalyov – keçmiş DQMV-nin Daxili İşlər İdarəsinin rəisiSergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisiNikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantıSanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müaviniMixail Dmitriyeviç Lukaşov – milis general-mayoruOleq Nikoloyeviç Koçerev – polkovnik-leytenantRafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisiAlı Mustafa oğlu Mustafayev – telejurnalistArif İsmayıl oğlu Hüseynzadə – AzTV-nin işıqçısıFəxrəddin İbrahim oğlu Şahbazov – videooperatorVyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiriGennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvüDmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü.Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gün sonra onun ermənilər tərəfindən vurulması faktı təsdiqlənib.Ermənilər tərəfindən terror aktının tödərildiyi Qarakənd kəndi 2023-cü ildə düşmən tapdağından azad edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
14
reyting.az

3Mənbələr