AZ

Rusiya alternativ dünya çempionatı keçirmək istəyir

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya Futbol İttifaqı (RFU) 2026-cı ilin yayında dünya çempionatına alternativ turnir təşkil etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "365Scores" portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, RFU gələn yay ABŞ, Kanada və Meksikada keçiriləcək mundiala vəsiqə qazana bilməyən komandaları Moskvaya dəvət etmək istəyir.

Potensial iştirakçılar arasında Serbiya, Yunanıstan, Çili, Peru, Venesuela, Nigeriya, Kamerun, Çin və Rusiya var. RFU-nun məqsədi FIFA-ya bu ölkəyə qarşı tətbiq olunan sanksiyaları ləğv etmək və 2030-cu il dünya çempionatının seçmə mərhələsində iştirak etmək üçün təzyiq göstərməkdir.

Qeyd edək ki. Rusiya komandaları 2022-ci ildən bəri siyasi səbəblərə görə FIFA və UEFA-nın bayrağı altında keçirilən turnirlərdən kənarlaşdırılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
sport24.az

1Mənbələr