
Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Cəlilabad rayonunda 110, Yardımlıda isə 35 kV-luq hava xəttində noyarın 20-də təmir işləri aparılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 12:30-dək Cəlilabadın Alar, Günəşli, Sabirabad kəndləri, Biləsuvarın Əmənkənd qəsəbəsi, saat 11:00-dan 13:00-dək Yardımlının Abdinli, Anzov, Arvana, Avaş, Bozayran, Bürzünbül, Gərsava, Hamarkənd, Köryədi, Kürəkçi, Qabaqdibi, Qaraqaya, Perimbel, Şəfəqli, Şiləvəngə, Urakəran, Vərgədüz kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.