AZ

AYİB Azərbaycanın "yaşıl" enerji sahəsində böyük potensialının olduğunu vurğulayır (ÖZƏL)

Bakı. Trend:

Ətraf mühitin mühafizəsi və sosial inteqrasiya bir-biriniqarşılıqlı şəkildə gücləndirir və Avropa Yenidənqurma və İnkişafBankının (AYİB) fəaliyyət göstərdiyi bütün regionlarda iqtisadiartıma töhfə verir.

Bunu Trend-ə özəlmüsahibəsində AYİB-in ətraf mühitin mühafizəsi və dayanıqlı inkişafdepartamentinin idarəedici direktoru Maya Hennerkes bildirib.

“Ətraf mühitin mühafizəsi yüksək səviyyədə olduğu yerdə bütünsosial qrupların inamı da möhkəmlənir. Təbiəti qorumaqla biz eynizamanda sosial inteqrasiyanı təşviq edirik və bu iki məqsədidəstəkləməklə bankın fəaliyyət göstərdiyi bölgələrin iqtisadiinkişafına qaçılmaz şəkildə töhfə vermiş oluruq”, – deyə Hennerkesqeyd edib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi ciddi çağırışlaryaratmasına baxmayaraq, yeni imkanlar da açır. “Sənaye və iqtisadisahələrdə genişmiqyaslı transformasiya müşahidə edirik. Bu isə‘yaşıl’ sektorlarda yeni, keyfiyyətli iş yerləri yaradır və biznesüçün əlavə imkanlar açır”, – o bildirib.

Hennerkes vurğulayıb ki, ekoloji və sosial hədəflər həmişəüst-üstə düşmür. “Məsələn, külək elektrik stansiyasının tikintisihəmin bölgədə məşğul olan yerli əhalinin həyat tərzinə təsirgöstərə bilər,” – deyə o söyləyib. – “Məhz buna görə də biz ekolojivə sosial siyasətimizə ciddi şəkildə riayət edirik ki, bir məqsədənail olarkən digərinə zərər vurulmasın”.

Azərbaycanla bağlı danışan AYİB nümayəndəsi ölkənin “yaşıl”artım üçün böyük potensialına diqqət çəkib. “Azərbaycanın hələ tamistifadə olunmamış geniş ‘yaşıl’ transformasiya potensialı var,” –deyə o bildirib. – “Bakıda keçirilən COP29-da Azərbaycanşirkətlərinin bərpaolunan enerji sahəsində çoxsaylı müqavilələrimzalamasını izləmək ilhamverici idi.”

Hennerkes əlavə edib ki, AYİB Azərbaycanlarda təxminən 1,2 QVtgücündə bərpaolunan enerji istehsalı layihələrininmaliyyələşdirilməsini təmin edib. “Bu investisiyaların karbonemissiyalarının ildə təxminən 600 min ton azalmasına imkanverəcəyini gözləyirik. Bundan əlavə, istehsal olunan elektrikenerjisi təxminən 300 min ev təsərrüfatını ‘təmiz’ enerji ilə təminedəcək. Dizel generatorlarının bərpaolunan enerji mənbələri iləəvəz olunması insanların sağlamlığına və sosial sahəyə ümumilikdəmüsbət təsir göstərir,” – deyə o vurğulayıb.

O həmçinin, AYİB-in Azərbaycanda bərpaolunan enerjihərraclarının keçirilməsinə dəstəyini qeyd edib. “Biz kommunal‘yaşıl’ enerji sahəsindəki bütün layihələrdə iştirak etmiş vəhökumətə belə layihələr üçün hərrac sistemi yaratmaqda köməketmişik. Bu, şəffaflığı artırır və enerji sektoruna inamla sərmayəqoyan yeni investorları cəlb edir,” – Hennerkes əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanın bütövlükdə böyük potensialıvar və AYİB şübhəsiz ki, əməkdaşlığın genişlənməsi imkanınasevinir. “Biz dayanıqlı inkişaf məqsədlərinə cavab verən yenilayihələri aktiv şəkildə axtarırıq,” – deyə Maya Hennerkesmüsahibəsini yekunlaşdırıb.

Seçilən
92
1
az.trend.az

2Mənbələr