ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 20 noyabr, AZƏRTAC
Bu ilin yanvar-oktyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 371,11 milyon manat və ya 7,6 faiz artım qeydə alınıb.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondundun mətbuat xidmətindən məlumat verilib.
Büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 170,29 milyon manat və ya 10,9 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 405,12 milyon manat və ya 13,1 faiz artımla olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.