43 yaşlı Aşıq Namiq Fərhadoğlu yenə evlənmək fikrinə düşüb.
Publika.az pravda.az-a istinadla xəbər verir ki, o, "Rəngarəng" verilişində axtardığı namizəddən gözləntilərini dilə gətirib:
“Subaylıq sultanlıq deyil. 25 yaşdan o tərəfə qoyma qalsın. Axtarışdayam. Əməlisaleh bir qızı Allah qarşıma çıxarsın. Namiqi başa düşən, məni kimi Allahın yolunda olmalıdır. Ən birinci namaz qılmalı, oruc tutmalıdır.
Yayda namaz sübh vaxtı dördün yarısına düşür. O vaxt azan səslənəndə deməsin ki, bu nə edir? Belə şey olub, zəng ediblər, demişəm ki, namazı bitirmişəm, zikr edirəm. Deyiblər ki, camaat beş dəqiqə namaz qılır. Deyirəm ki, 40 il şeytanla dostluq etmişəm, heç olmasa bundan sonra Allahla dostluq edək, məni günaha batırmayın, Allah məni bu yola gətirib, qoy axıra qədər davam edim, niyə şeytanlıq edirsiniz?