AZ

BFB: Tabadul platformasına məsafədən qoşulma üçün normativ dəyişikliklər hazırlanır

Tabadul platformasına məsafədən qoşulma üçün normativ dəyişikliklər hazırlanır.

APA-Economics” xəbər verir ki, bu barədə Bakı Fond Birjasının (BFB) idarə heyəti sədrinin müavini Oktay Həsənov Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, Tabadul Mərkəzində brokerlərin məsafədən qoşulmasını təmin etmək üçün hüquqi tələblərin yenilənməsi tələb olunur:

“Bu istiqamətdə vahid sənəd hazırlanır. Hazırda tənzimləyici qurumlarla birlikdə müvafiq normativ tənzimləmələrin üzərində işləyirik. Dəyişikliklər təsdiqləndikdən sonra brokerlərin məsafədən qoşulması tam mümkün olacaq. Ümid edirik ki, gələn ilin ortalarına qədər Təbadül sisteminə qoluşmanı təmin edə biləcəyik”, – O.Həsənov bildirib.

Seçilən
58
1
apa.az

2Mənbələr