AZ

ÜST 1300-ə yaxın əməkdaşını ixtisar edəcək

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) büdcəsinin azaldılması səbəbindən 1282 əməkdaşını ixtisar edəcək.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus quruma üzv ölkələr üçün keçirilən brifinqdə məlumat verib.

ÜST rəhbəri 2026-2027-ci illərdə 1 milyard dollarlıq kəsiri ödəmək üçün quruma üzv ölkələrin dəstəyinə ümid etdiyini də bildirib:

"Büdcənin azaldılmasında məqsədimiz təşkilatın əsas funksiyalarını qorumaq, maliyyə və insan resurslarımızı buna uyğunlaşdırmaqdır. İxtisarları mümkün qədər minimuma endirməyə çalışdıq. Əgər bu yanaşmanı qəbul etməsəydik, dünya üzrə təxminən 2900 işçini ixtisar etməli olardıq".

"Cebheinfo.az"

Seçilən
6
1
cebheinfo.az

2Mənbələr