AZ

Paşinyan Bakıdakı ermənilərlə bağlı məlumat istədi

ain.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibinin müavini Elison Hükkerlə görüşdə Bakıda məhkəməsi davam edən erməni hərbi cinayətkarların məsələsini xüsusi olaraq gündəmə gətirib.Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, Paşinyan bildirib ki, görüş zamanı o, ABŞ Prezidenti Donald Trampın bu məsələ ilə məşğul olacağına dair verdiyi öhdəliyi xatırladıb. Baş nazir həmçinin Vaşinqton tərəfinin bu istiqamətdə hansı səyləri göstərdiyi barədə məlumat verməsini xahiş edib və mövzunun daim diqqət mərkəzində saxlanmasını tələb edib.Paşinyan vurğulayıb ki, məsələ Ermənistan üçün prioritet olaraq qalır və bunun həlli üçün Vaşinqtonun fəal iştirakı zəruridir. /bakupost.az/

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
4
icma.az

4Mənbələr