AZ

"YouTube" 6 il sonra həmin funkisyanı bərpa edir

"YouTube" təxminən altı il əvvəl ləğv etdiyi birbaşa mesajlaşma (DM) funksiyasını geri gətirmək üçün yeni bir sınaq prosesi başlatdığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Şirkət istifadəçilərin platformada mesajlaşma təcrübəsi tələbinin ən çox arzu edilən xüsusiyyət olduğunu bildirib.

Şirkət funksiyanı hələlik “birbaşa mesajlaşma” adlandırmasa da, istifadəçilərin bəyəndikləri videoları paylaşaraq eyni tətbiq daxilində söhbət edə biləcəkləri qeyd edilib.

Yeni mesajlaşma funksiyası hazırda yalnız İrlandiya və Polşada istifadəyə verilib.

Sınaq müddətində 18 yaş və üzəri istifadəçilər yeniliyi sınaqdan keçirə biləcəklər. 

Daha sonra "YouTube" funksiyanın qlobal istifadəyə açılıb-açılmayacağına daha sonra qərar verəcək.

"YouTube"  DM funksiyasının illərdir istifadəçilər tərəfindən ən çox tələb olunan xüsusiyyət olduğunu vurğulayıb. Birbaşa mesajlaşma ilk dəfə 2017-ci ildə elan olunmuş, 2018-ci ildə isə veb versiyaya əlavə edilmişdi. Lakin bir il sonra şirkət, istifadə faizlərinin aşağı olduğu ehtimal edilən bu funksiya əvəzinə Stories kimi fərqli sosial media formatlarına yönəlmiş və mesajlaşma funksiyasını tamamilə ləğv etmişdi. "YouTube" "Stories" funksiyasını 2023-cü ildə dayandırmışdı. Şirkət, yeni sınaq prosesinin platformada qarşılıqlı əlaqəni artırmağı hədəflədiyini bildirib.

Seçilən
2
5
operativmm.az

7Mənbələr