AZ

230 mindən çox şəxs peşəyönümü məsləhət xidmətləri ilə əhatə olunacaq

Bakı. Trend:

2026-cı ildə işsiz və işaxtaran şəxslərin peşə hazırlığı vəəlavə təhsil imkanlarının genişləndirilməsi məqsədilə 17500-ə yaxınmüdavimin bu prosesə cəlb olunması istiqamətində müvafiq işlərinhəyata keçirilməsi nəzərdə tutulur.

Trend xəbərverir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar ƏliyevMilli Məclisin bugünkü plenar iclasında “Dövlət sosial müdafiəfondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığortafondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrininmüzakirəsi zamanı deyib.

Nazir bildirib ki, təlim prosesinin Dövlət MəşğulluqAgentliyinin tabeliyində fəaliyyət göstərən peşə hazırlığımərkəzləri, eləcə də özəl tədris müəssisələri tərəfindənreallaşdırılması planlaşdırılır.

Hazırda 175 ixtisas üzrə peşə hazırlığı kurslarının təşkilihəyata keçirilir.

Eyni zamanda, 2026-cı ildə 100 yeni peşə və kvalifikasiyastandartlarının hazırlanması və 135 peşə və kvalifikasiyastandartlarının yenilənməsi həyata keçiriləcəkdir.

İşsiz və işaxtaran şəxslərin əmək bazarına daxil olmasınıdəstəkləmək üçün işəgötürənlərlə əməkhaqqının birgəmaliyyələşdirilməsi mexanizmi genişləndiriləcək və 2026-cı ildə buistiqamətdə əmək bazarına mindən artıq iştirakçının proqramçərçivəsində cəlb olunması nəzərdə tutulur.

İşədüzəlmə prosesinin təşkili və əhalinin əmək bazarınainteqrasiyasının təmin edilməsi tədbirləri çərçivəsində 2026-cıildə ölkədə ümumilikdə 180 əmək yarmarkasının keçirilməsi nəzərdətutulur.

Tələbə və şagirdlərin, habelə onların valideynlərinin, işaxtaranvə işsiz şəxslərin təhsilinə, bacarığına və şəxsi keyfiyyətlərinəuyğun olaraq peşə və ixtisasının seçiminə, peşə maraqlarınınformalaşdırılmasına, karyera hədəfinin müəyyənləşdirilməsinə dəstəkvə əmək bazarının gələcək tələblərinə uyğun maarifləndirmə işləriaparmaq məqsədi ilə təşkil olunan peşəyönümü məsləhət xidmətləriilə əhatə olunacaq şəxslərin sayı növbəti il 230 mindən çoxolacaqdır.

Seçilən
45
5
az.trend.az

10Mənbələr