Fondun 2026-cı il üzrə xərclərinin 266,4 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu da cari ilin təsdiq edilmiş göstəricisindən 5,7 milyon manat və ya 2,2% çoxdur.
Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, proqnozlaşdırılan xərclərinin 77 milyon manatı özünüməşğulluq proqramının təşkilinə, 26 milyon manatı peşə hazırlığı və əlavə təhsilin təşkilinə, 28 milyon manatı işsizliyə görə sığorta ödənişlərinə, 1,5 milyon manatı peşəyönümü məsləhət xidmətlərinin göstərilməsinə, 3,7 milyon manatı haqqı ödənilən ictimai işlərin təşkilinə, 1 milyon manatı peşə standartlarının hazırlanmasına, 6 milyon manatı sosial iş yerlərində əməkaqqının bir hissəsinin maliyyələşdirilməsinə, 2 milyon manatı sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsinə və 1 milyon manatı digər aktiv məşğulluq tədbirlərinə yönəldiləcəkdir.