AZ

Qlobal kriptovalyutada ŞOK çöküş Bu qədər itirdi…

ain.az, Tribuna portalına istinadən məlumat verir.

Son həftələrdə Bitkoin qiymətinin aşağı düşməsi qlobal kriptovalyuta bazarının kapitallaşmasının oktyabrın 10-dan 1,1 trilyon dollar azalaraq 3,2 trilyon dollara düşməsinə səbəb olub.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bu müddət ərzində bazar orta hesabla gündə 27 milyard dollar itirib.

Noyabrın 19-da bitkoinin qiyməti yenidən 90 000 dollar olan son səviyyədən aşağı düşərək 88 500 dollara çatıb. Bloomberg-in sorğusuna qatılan ekspertlər Bitkoin qiymətinin yaxın gələcəkdə 85 000 və 80 000 dollarlıq yeni psixoloji səviyyələri sınaqdan keçirə biləcəyini istisna etmirlər.

Oktyabrın əvvəlində 126.000 dollarlıq zirvəyə çatdıqdan sonra Bitkoin qiyməti sürətlə qazancını itirməyə başlayıb. Analitiklər bu tendensiyanı ABŞ Federal Ehtiyat Sisteminin siyasəti ilə əlaqələndirirlər ki, bu da faiz dərəcələrinin azaldılmasında fasiləyə gətirib çıxaracağı, eləcə də bəzi iri kriptovalyuta investorlarının gəlirlərini bağlamaq istəyidir.

Dəniz Pənahova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
tribunainfo.az

2Mənbələr