AZ

Goranboyda YAP-ın yaranmasının 33-cü ildönümü münasibətilə tədbir keçirildi - FOTOLAR

Goranboyda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü ilə bağlı “Yeni Azərbaycan Partiyası – Zəfər Partiyası” adlı tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, YAP Mərkəzi Aparatın Gəncə-Daşkəsən İqtisadi Zonası üzrə kuratoru Araz Salmanov, partiyanın rayon təşkilatının sədri Samir Qocayev, bir qrup partiya fəalları, ziyalılar və gənclər iştirak ediblər.

Tədbir iştirakçıları öncə Partiyanın qurucusu, Ümumilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Sonra tədbir Partiyanın Goranboy rayon təşkilatının inzibati binasında davam etdirilib, Yeni Azərbaycan Partiyasının təsis edilməsininə həsr olunmuş videoçarx izlənilib, Partiyanın  yaradılması, fəaliyyəti və naliyyətləri barədə çıxışlar dinlənilib.

Tədbirin sonunda yubiley yaşı tamam olmuş partiya veteranlarına Fəxri Fərman və qiymətli hədiyyələr, Partiyaya yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim olunub. 

Seçilən
26
unikal.az

1Mənbələr