AZ

Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik

Yeniazerbaycan portalından verilən məlumata əsasən, ain.az bildirir.

İntiqam Quliyev    

YAP Ağdam rayon təşkilatının sədr müavini 

Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın siyasi həyatında mühüm rol oynayan, beynəlxalq nüfuzu ilə fərqlənən, demokratikləşmə prosesinə töhfəsini verən siyasi partiyadır. YAP ölkəmizin aparıcı siyasi qüvvəsidir. Respublikamızda keçirilən prezident, parlament və bələdiyyə seçkilərində YAP-ın qazandığı parlaq qələbələr partiyamıza olan ümumxalq sevgisinin təcəssümüdür. Danılmaz faktdır ki, hazırda YAP kəmiyyət və keyfiyyət göstəricilərinə görə, nəinki ölkəmizdə, hətta regionda ən aparıcı siyasi təşkilat olaraq nüfuz qazanmışdır.

1992-ci il noyabrın 21-də Naxçıvan Milli Məclisinin sədri, böyük şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətçiliyi naminə partiya yaradılması təşəbbüsü gerçəkləşdi. Yeni Azərbaycan Partiyasının təsis konfransında Partiyanın yaradılması haqqında qərar, Nizamnamə və Proqram qəbul edildi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.

Ulu Öndər Azərbaycanın dövlət maraqlarını, dövlətçilik təsisatlarını bu partiyanın ideoloji strukturları əsasında möhkəmləndirməyi tövsiyə edirdi. Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı ideoloji qüvvəsinə çevrilməsi tarixi zərurət idi. Ulu öndər xalqın israrlı təkidi ilə hakimiyyətə qayıtdı. Həmin vaxtlarda Azərbaycanda hakimiyyət böhranı, bunun nəticəsi kimi vətəndaş qarşıdurması yaranmışdı. Ölkə dövlət çevrilişi ərəfəsində idi. Məhz Heydər Əliyev müdrikliyi və qətiyyəti Azərbaycanı bu fəlakətlərdən xilas edə bildi. Ölkədə milli qarşıdurmanın, dövlət çevrilişinin qarşısı alındı. Xalq sevdiyi, inandığı rəhbərinin ətrafında daha sıx birləşdi. Böyük tarixi şəxsiyyət ,fenomenal siyasi xadim Azərbaycanın iqtisadi potensialını hərəkətə gətirdi, ikitərəfli, çoxtərəfli iqtisadi müqavilələr dövlətin iqtisadi inkişafını müəyyənləşdirdi. Ulu öndər deyirdi: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var”’.

Ulu Öndər Heydər Əliyevin idrakının nəticəsi olaraq yaradılan partiya illər ərzində ölkədə siyasi sabitliyin, davamlı inkişafın təminatçısı olub. Qısa müddət ərzində on minlərin, yüz minlərin timsalında xalqın partiyasına çevrilən Yeni Azərbaycan Partiyası milli və dünyəvi dəyərləri yaşadan, tolerantlığı təbliğ edən siyasi təşkilatdır. Yeni Azərbaycan Partiyası dövlətçiliyin partiyasıdır.

Bu partiyanın fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə əsaslanır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
yeniazerbaycan.com

1Mənbələr