AZ

Rusiyada miqrantlarla bağlı SƏRT QƏRAR

Rusiyada miqrantlar üçün tibbi sığorta almaq şərtləri sərtləşdirilib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib

Onun sözlərinə görə, indi ölkədə pulsuz tibbi yardım almaq üçün xarici vətəndaşlar Rusiya ərazisində ən azı 5 il qanuni şəkildə işləməlidirlər.

Yalnız təcili hallarda bu şərt tətbiq olunmur.

“İş üçün ölkəmizə gələn və yüksək standartlı sosial təminatdan yararlanmaq istəyən şəxslər bu hüququnu dürüst və qanuni əmək fəaliyyəti ilə təsdiqləməlidirlər”, - deyə Volodin əlavə edib.

Musavat.com

Seçilən
36
musavat.com

1Mənbələr