ain.az, Sportal.az portalına istinadən məlumat yayır.
15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA İnkişaf Turnirində bu gün ikinci oyuna çıxıb.
Sportal.az xəbər verir ki, millimiz Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Kişineuda yerləşən Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş rəqib komandanın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 41-ci dəqiqədə Sübhan Əlizadə vurub.
Qeyd edək ki, U-15 turnirdə son oyununu noyabrın 23-də Moldova seçməsinə qarşı keçirəcək.
saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.