AZ

"Bu büdcə layihəsi həmin prinsipin praktiki ifadəsidir" - Günay Ağamalı

"Təqdim edilən büdcə layihəsi sosial yönümlülüyü iqtisadi dayanıqlığı və strateji prioritetləri ilə dövlətimizin uzunmüddətli inkişaf xəttini əks etdirir. İlham Əliyevin həyata keçirdiyi sistemli və ardıcıl islahatlar nəticəsində Azərbaycanın daxili siyasəti yeni bir mərhələyə qədəm qoyub".

Redaktor.az xəbər verir ki, bunu deputat Günay Ağamalı parlamentdə büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı bildirdi.

Onun sözlərinə görə, növbəti il üçün nəzərdə tutulan büdcə ölkəmizin sosial rifahını iqtisadi dinamizmini və milli təhlükəsizliyini təmin edən strateji yol xəritəsidir.

"İşsizliyin azaldılması, sosial müdafiə mexanizmlərinin gücləndirilməsi minimum əmək haqqının, pensiyaların və sosial müavinətlərin artırılması dövlətin vətəndaşına verdiyi dəyərin real göstəricisidir. Ölkəmizin bütün bölgələri sürətlə inkişaf edir.

Qeyri-neft sektorunun genişlənməsi yeni sənaye zonalarının yaradılması kənd təsərrüfatında modern yanaşmalar və rəqəmsal transformasiya sayəsində atılan addımlar Azərbaycan iqtisadiyyatına yeni nəfəs gətirir. Eyni zamanda işğaldan azad olunmuş torpaqlarda quruculuq işləri, enerji stansiyalarının tikintisi və istehsal müəssisələrinin fəaliyyətə başlaması bütövlükdə ölkənin sosial-iqtisadi sistemini yeni mərhələyə yüksəldir.

Ulu öndər Heydər Əliyevn əsasını qoyduğu iqtisadi-sosial inkişaf konsepsiyası İlham Əliyev tərəfindən daha geniş miqyasda və müasir formatda həyata keçirilir. Bu inkişaf modeli Azərbaycanın gələcək illərdə daha güclü daha rəqabət qabiliyyətli dövlətə çevriləcəyini açıq şəkildə göstərir.

Azərbaycanın daxili siyasətində əsas məqsəd güclü dövlət və firavan xalq prinsipini tam şəkildə təmin edilməsidir. Bu büdcə layihəsi məhz həmin prinsipin praktiki ifadəsidir. Dövlətimizin həyata keçirdiyi sosial ədalət siyasəti bərabər imkanların yaradılması və vətəndaş rifahının yüksəldilməsi bundan sonra da strateji prioritet olaraq qalacaqdır", - deyə Günay Ağamalı vurğuladı.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
34
1
redaktor.az

2Mənbələr