Bakı-Sumqayıt marşrutu üzrə 18 metrlik avtobusların istifadəyə verilməsi ictimai nəqliyyat sistemində sərnişinlər üçün rahatlıq hesab edilsə də, sürücülər üçün problemə çevrilib.
Onsuz da bitməyən yol qayğılarına biri də əlavə olunub: indi uzun, xalq arasında “qarmoşka” deyilən bu avtobusların yan-yörəsində olan minik avtomobilləri, yaxud kiçikölçülü sərnişindaşıma nəqliyyat növləri bu böyük avtobusun tam dönməsini gözləməli olurlar.
Əks halda avtobusların “quyruq” hissəsi hərəkətdə olan digər nəqliyyat növlərinə təhlükə yarada bilər. Həm də gözləmə mövqeyində olan sürücülər tıxaca da səbəb olurlar.
Daha ətraflı Bizim.Media-nın hazırladığı videosüjetdə:
Şəfiqə Şəfa, Sadiq Məmmədov, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta