Parisdəki Grevin Muzeyi şahzadə Diananın mumdan hazırlanmış heykəl-fiqurunu təqdim edib.
Kulis.azxəbər verir ki, mumdan hazırlanmış heykəl-fiqur şahzadə Diana 1995-ci ildə Çarlz ilə boşandığı zaman mediada qızğın müzakirələrə səbəb olan və dizayner Kristina Stambolyanın tikdiyi uzun qara donda təqdim edilib.
Grevin Muzeyinin açıqlamasında deyilir: “Parisdə faciəvi ölümündən 28 ildən çox vaxt keçməsinə baxmayaraq, Diana hələ də qlobal miqyasda özünəməxsus üslubu, insanlığı və müstəqilliyi ilə məşhur olan əsas fiqurdur. Bu don özünəinamın, qadın qətiyyətinin və yenilənmiş həyat tərzinin güclü bir obrazının ifadəsinə çevrilib”.
Qeyd edək ki, şahzadə Diananın mumdan hazırlanmış heykəl-fiquru muzeyin günbəzinin altında moda xadimləri Jan Pol Qotye və Şantal Tomas, eləcə də 1793-cü ildə başı kəsilən mərhum Fransa kraliçası Mari-Antuanetta ilə birlikdə nümayiş etdiriləcək.