Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan qılıncoynadanları uğurlu çıxışlarını davam etdirirlər.
90deqiqe.Az-ın məlumatına görə, sablya üzrə qadınlardan ibarət millimiz komanda yarışının yarımfinalında Türkiyəni 45:32 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.
Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət yığma qızıl medal uğrunda qarşılaşmada Özbəkistan millisi ilə üz-üzə gələcək.