Ermənistanın Baş naziri Nikol Paşinyan Astanaya rəsmi səfərə gəlib.
Adalet.az xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Səfər proqramına Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə danışıqlar daxildir.
Proqramda həmçinin Qazaxıstanın Baş naziri Oljas Bektenov və Parlamentin sədri Yerlan Koşanovla görüşlər, eləcə də Alem.ai beynəlxalq süni intellekt mərkəzinə və Qazaxıstan Milli Muzeyinə baş çəkmək daxildir.