Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycanda 7 şəhər üzrə doqquzmərtəbəli binalarda quraşdırılacaq liftlərin sayı artırılacaq.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahı”da dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, quraşdırılacaq liftlərin sayı 200-dən 207-yə artırılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.