ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Ağdam rayonunun Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir.
“Qafqazinfo” xəbər verir ki, həmin sakinlərdən artıq 1154 şəxs məşğulluq tədbirlərinə cəlb olunub.
Onlardan:
1119 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, 86 nəfəri üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb),
35 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.
Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.



Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.