Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Barselona”nın sabiq müdafiəçisi Jordi Alba Kataloniya klubundan gedişi barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, futbolçu bu qərarı təmkinli şəkildə qəbul etdiyini bildirib. Onun sözlərinə görə, bu addımı atmaq üçün bir neçə ay düşünməli olub, lakin qərarı əsasən emosional səbəblərə söykənib.
“Müqaviləmin bitməsinə bir il qalmışdı və əlavə uzadılma seçimi də var idi. Amma problemsiz şəkildə ayrıldım. Düşünürdüm ki, artıq doğru zaman çatıb. Bir il, hətta iki il də qala bilərdim, amma qərarımdan peşman deyiləm. "Barselona" mənim evimdir”.
Qeyd edək ki, Jordi Alba hazırda ABŞ-ın “İnter Mayami” klubunda çıxış edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.