AZ

Rəqəmsal jurnalistika” təlim proqramı uğurla yekunlaşıb

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Euronews Academy” çərçivəsində təşkil olunan “Rəqəmsal Jurnalistika (“Digital Journalism”)” mövzusunda təlim proqramı uğurla yekunlaşıb

Medianın İnkişafı Agentliyi və “Euronews” telekanalının birgə təşəbbüsü ilə keçirilən “Euronews Academy” beynəlxalq tədris proqramı çərçivəsində noyabrın 17-dən 20-dək davam edən “Rəqəmsal Jurnalistika (“Digital Journalism”)” mövzusunda növbəti təlim modulu başa çatıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, təlimin ilk iki günündə “Euronews” telekanalının tanınmış mütəxəssisi, 14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalisti Tuba Altunkaya tərəfindən “Rəqəmsal xəbər toplanması və məlumat əsaslı jurnalistika” mövzusunda təlim keçilərək iştirakçılara rəqəmsal mühitdə informasiya toplama, faktların yoxlanılması və analitik təqdimat üsulları barədə geniş məlumat verilib.

Proqramın üçüncü günü “Sosial media və “YouTube” kanallarının idarə olunması” mövzusuna həsr edilib. “Euronews”un Yunan xidməti və “Euronews” Daşkənd Bürosunun rəhbəri Akis Tatsis rəqəmsal platformalarda kontent strategiyasının qurulması, paylaşımların effektivliyinin artırılması barədə iştirakçıları məlumatlandırıb.

Təlim proqramının son günündə isə A. Tatsis “Mobil jurnalistika” mövzusu çərçivəsində iştirakçılara mobil telefon vasitəsilə operativ çəkilişin aparılması, kompozisiya və işıqlandırma üzrə düzgün yanaşmalar, səsin keyfiyyətli yazılması, eləcə də foto və videomaterialların mobil redaktə alətləri vasitəsilə işlənməsi qaydalarını izah edib.

"Cehheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
226
5
cebheinfo.az

3Mənbələr