AZ

“Təhlükəsizlik təminatları olmadan heç bir sənədin mənası yoxdur” ZELENSKİ

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski sülh prosesinə dair mövqeyini yenidən bəyan edib. O bildirib ki, Ukrayna müharibənin dayandırılması üçün bütün beynəlxalq formatlarda iştirak etməyə hazırdır.

Zelenski deyib:

“Sülhün bərqərar olması üçün mən və komandam istənilən mənalı formatda işləməyə hazırıq".

O, ABŞ-nin bu prosesdə rolunu xüsusi vurğulayıb: “Biz ABŞ-nin liderliyinə güvənirik. Mən Prezident Trampın güclü rəhbərliyi altında işləməyə hazıram".

Prezident həmçinin Trampın müharibəni dayandırmaq üçün potensialını qeyd edib: "Müharibəyə son qoymaq üçün lazım olan təsir gücü yalnız Trampda var. Bu, mənim fikrim deyil, reallığın diktəsidir".

Zelenski bildirib ki, Kiyev yalnız müvəqqəti atəşkəs deyil, davamlı sülh istəyir:

“Biz sadəcə pauza yox, real və uzunmüddətli sülh istəyirik. Ukrayna üçün təhlükəsizlik təminatları olmadan heç bir sənədin mənası yoxdur".

O, həmçinin başqa vasitəçilik formatlarını da istisna etməyib: “Türkiyənin təşəbbüslərini yüksək qiymətləndiririk. Hər bir mənalı diplomatik platformaya açığıq".

Zelenski əlavə edib ki, Trampın təklif etdiyi danışıqlar paketində “girovların azad edilməsi”, “energetika və mülki infrastrukturun vurulmamasına dair razılaşmalar” kimi ilkin mərhələ mexanizmləri müzakirə oluna bilər.

“Biz istənilən platformada iştirak edərik, şərt odur ki, sülh real olsun", - deyə o sonda vurğulayıb.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
50
azpolitika.info

10Mənbələr