AZ

210 manat maaş alan müəllimlərin sayı AÇIQLANDI

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Azərbaycanda 17186 müəllimin orta aylıq maaşı 1589 manatdır".

Bakupost.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin efirində yayımlanan "Diqqət Mərkəzi" verilişində qonaq olarkən deyib.

O bildirib ki, bu müəllimlərin həftəlik dərs saatı 30-36 saat aralığında dəyişir.

Nazirin sözlərinə görə, 3487 nəfər müəllimin ortaq aylıq maaşı 210 manatdır:

"Bu müəllimlərin həftəlik dərs yükü 0-6 saat aralığındadır".

Həmçinin qeyd olunub ki, 38 711 nəfər müəllim ortalama ayda 979 manat maaş alır ki, onların da dərs yükü 18-24 saat aralığında dəyişir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
96
8
www.bakupost.az

8Mənbələr