AZ

Müəllimlərin dərs yükü və maaş statistikası açıqlanıb

Elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzində” verilişində müəllimlərin dərs yükü və orta aylıq əməkhaqqı barədə məlumat verib.

Doğru.az xəbər verir ki, statistikaya görə:

0–6 saat dərs yükü olan müəllimlərin sayı 3 487 nəfərdir və bu, ümumi müəllim kontingentinin 3%-ni təşkil edir. Onların orta aylıq maaşı 210 manatdır.

Ən böyük qrup 18–24 saat dərs yükü olan müəllimlərdir: 38 711 nəfər (32%), orta əməkhaqqı 979 manat.

Digər kateqoriyalar üzrə vəziyyət belədir:

6–12 saat dərs: 14 134 nəfər

12–18 saat dərs: 24 878 nəfər

24–30 saat dərs: 22 351 nəfər

30–36 saat dərs: 17 186 nəfər
Orta əməkhaqqı bu kateqoriyalarda 398 manatdan 1 589 manata qədər dəyişir.

DOĞRU.AZ

Seçilən
12
1
dogru.az

3Mənbələr