AZ

Qərargah rəisi: Yeni torpaqlar tutmaqda davam edəcəyik

BAKI, 20 noyabr. TELEQRAF

Rusiya qoşunları Donetsk və Luqansk Xalq Respublikalarının, eləcə də Xerson və Zaporojya vilayətlərinin ələ keçirilməsi üzrə missiyaları yerinə yetirməyə davam edəcək.

Teleqrafxəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov məlumat verib .

“Birgə qüvvələr qrupunun bölmələri və hərbi hissələri təsdiq edilmiş plana uyğun olaraq Donetsk və Luqansk Xalq Respublikalarının, Zaporojjya və Xerson vilayətlərinin azad edilməsi üzrə tapşırıqları yerinə yetirməkdə davam edəcək”, - o vurğulayıb.

Noyabrın 20-də Rusiya prezidenti Vladimir Putin Zapad qrupunun komanda məntəqələrindən birinə baş çəkib və xüsusi hərbi əməliyyatın (SMO) gedişi ilə bağlı məruzələri dinləyib.

Seçilən
73
teleqraf.com

1Mənbələr