AZ

Azərbaycan qılıncoynadanları İslamiadada qızıl medal qazanıblar - FOTO

Bu gün Səudiyyə Ərəbsitanının Ər-Riyad şəhərində keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında qılıncoynatma yarışlarna yekun vurulub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, son yarış günündə sablya növü üzrə qadınların komanda yarışında qaliblər müəyyənləşib. Yarımfinalda Türkiyə millisinə 45:32 hesabı ilə qalib gələn Zərifə Hüseynova, Səbinə Kərimova və Palina Kaspiaroviçdən ibarət komandamız gərgin keçən final qarşılaşmasnda Özbəkistan yığmasını 45:43 hesab ilə məğlub edib.

Xədicə Həsənli, Aynur Quliyeva və Nazilə Rəhimovadan ibarət qılıncoynatmanın şpaqa növü üzrə qadınlardan ibarət millimiz isə komanda yarışında 1/4 finalda BƏƏ yığmasına 45:29 hesabı ilə qalib gəlib. Gərgin keçən yarımfinal görüşündə Özbəkistan komandasına 38:39 hesabı ilə uduzan qadın şpaqaçılarımız bürünc medal qazanıb.

Daha öncə Vahab Fətullayev kişi şpaqaçıların şəxsi və Palina Kaspiaroviç qadın sablyaçıların şəxsi yarışında bürünc medal qazanmışdı.

  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
Seçilən
19
9
day.az

10Mənbələr