AZ

Avtomobillərin daşıma xərcləri 100 faizə qədər bahalaşdı - VİDEO

Çindən gətirilən avtomobillərin daşınma qiymətlərində son bir neçə həftədə 2 dəfəyə yaxın artım var. Əvvəl 1500 dollara gətirilən avtomobillər üçün hazırda şirkətlər 2700-2900 dollar arası xidməthaqqı tələb edir.

"Unikal" "Xəzər TV"yə istinadən xəbər verir ki, Çindən avtomobil idxal edərək satışını həyata keçirən şirkətlərdən birinin rəhbəri İlqar Əliyevin sözlərinə görə, ilin sonuna doğru artan tələb fonunda daşıyıcı şirkətlər qiymətləri süni şəkildə artırıb.

Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev isə hesab edir ki, qlobal konteyner daşımalarındakı qiymət artımı, limanlardakı sıxlıq və Çində logistika xərclərinin yüksəlməsi də prosesə təsir edən amillərdəndir.

Ekspertlər bildirirlər ki, bu vəziyyət avtomobillərin qiymətinə də təsirsiz ötüşməyəcək. Həmin avtomobillər güzəşt müddəti bitənə qədər gətirilib satılsa belə, logistik xərcdəki artım satış qiymətinə əlavə ediləcək. Mütəxəssislər hesab edirlər ki, növbəti ilin əvvəlindən qiymətlərin sabitləşməsi baş verə bilər.

Seçilən
48
10
unikal.az

10Mənbələr