Bakı. Trend:
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İrandan nüvəehtiyatı və zənginləşdirilmiş uran miqdarı barədə "gecikmədən"hesabat verməsini tələb edən qətnaməyə səs verib.
Trend xəbər verir ki, qətnaməAEBA-nın 35 üzvdən ibarət idarə heyətinin qapalı iclasında qəbuledilib. Qətnamədə Tehranın zənginləşdirilmiş uran ehtiyatınınvəziyyəti və bombardman edilmiş nüvə obyektlərinin yerləri barədəagentliyə "gecikmədən" məlumat verməsi tələb olunur.
Qətnamənin əsas məqsədi AEBA-nın İranın nüvə proqramınınaspektləri barədə hesabat vermək mandatını yeniləmək vədəyişdirməkdir. Qətnamədə, həmçinin qeyd olunur ki, Tehranagentliyə dərhal cavab verməli, eləcə də ona istədiyi hər yerəçıxış imkanı verməlidir.
Qətnamə 19 lehinə, üç əleyhinə və 12 bitərəf səslə qəbuledilib.