AZ

Tramp Braziliyadan idxal olunan bəzi məhsullara tətbiq edilən gömrük rüsumlarını aşağı salıb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Braziliyadan gətirilən müəyyən kəndtəsərrüfatı məhsullarına tətbiq edilən tariflərin endirilməsi iləbağlı sərəncam imzalayıb.

Trend xəbər verir ki, həminsərəncam Ağ Evin rəsmi saytında dərc olunub.

Amerika prezidenti bildirib ki, əvvəl tətbiq etdiyi və məhsulundəyərinə uyğun hesablanan əlavə gömrük rüsumlarının şamil olunduğumalların siyahısına dəyişiklik edilməsini məqsədəuyğun sayıb.

Trampın sözlərinə görə, artıq bu tariflər Braziliyadan gətirilən“bir sıra kənd təsərrüfatı məhsullarına” tətbiq olunmayacaq. O,həmin məhsulların siyahısını açıqlamayıb.

Vaşinqton administrasiyasının rəhbəri dəqiqləşdirib ki,tariflərin aşağı salınması qərarı ABŞ-la Braziliya arasında ticarətsahəsində aparılan danışıqların uğurla başlaması ilə bağlıdır.

Bundan əlavə, Tramp noyabrın 14-də başqa bir sərəncam imzalayıb.Həmin sənədə görə, ABŞ meyvə, tərəvəz, qoz-fındıq, qəhvə, çay vəmal ətinin bir çox növlərini əvvəlki gömrük rüsumlarınınsiyahısından çıxarıb. “The New York Times”ın məlumatında bildirilirki, bu addım ölkədə ərzaq qiymətlərinin artması iləəlaqələndirilir.

Seçilən
27
az.trend.az

1Mənbələr