AZ

Ağır qəza oldu -

Samuxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, hadisə rayonun Sərkar-Qarayeri yolunda qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar 1988-ci il təvəllüdlü Z.Məhərrəmov və 1986-cı il təvəllüdlü R.Cəbiyevdir. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Seçilən
103
13
metbuat.az

10Mənbələr