AZ

Kazbek Tuayevin yubileyi münasibətilə tədbir keçirildi

Azərbaycan futbolunun tanınmış simalarından biri, “Neftçi”nin əfsanəvi oyunçusu və milli komandamızın sabiq baş məşqçisi Kazbek Tuayevin 85 illik yubileyi münasibətilə tədbir təşkil olunub.

"Football-plus.az" xəbər verir ki, tədbirdə veteran futbolçular, futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov yubilyarı təbrik edib, ona PFL-in xüsusi hədiyyəsini təqdim edib.

Qeyd edək ki, futbolçu kimi “Neftçi”nin heyətində uzun illər çıxış etmiş və 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanan komandada yer almış Tuayev, məşqçi kimi də milli komandamızda və müxtəlif klublarda çalışıb.

Seçilən
0
3
football-plus.az

4Mənbələr