AZ

Bu ölkə ruslar üçün viza məhdudiyyətləri tətbiq edəcək  

Monteneqronun Baş naziri Milojko Spajiç ölkənin ruslar üçün mümkün qədər tez viza məhdudiyyətləri tətbiq edəcəyini və qaydaların Avropa Birliyinin (Aİ) siyasətinə uyğun olaraq dəyişdiriləcəyini açıqlayıb.

Poliqon xəbər verir ki, bu barədə Euronews məlumat yayıb.

O qeyd edib ki, Monteneqro, Aİ üzvlüyü və əlaqəli güzəştlər olmadan belə, artıq üzv dövlət kimi fəaliyyət göstərir.

Spajiçin sözlərinə görə, ölkə turizmə diqqət yetirir və dünyanın hər yerindən mümkün qədər çox tətilçi cəlb etməyə çalışır, lakin bu, viza rejimini dəyişdirmək üçün səbəb deyil.

Baş nazir əlavə edib ki, rus turistlərin və investorların sayı nəzərəçarpacaq dərəcədə azalıb və ruslara məxsus daşınmaz əmlakın miqdarı da azalıb. Buna görə də, Rusiya vətəndaşları Monteneqroya səfər edən qruplardan yalnız birinə çevriliblər.

Noyabrın 1-də Rusiyanın Podqoritsadakı səfirliyi Moskvanın Monteneqro ilə tam əlaqələri bərpa etməkdə maraqlı olduğunu və bunun qarşısını almaq üçün heç bir səbəb görmədiyini açıqlayıb.

Poliqon.info

Seçilən
23
1
poliqon.info

2Mənbələr