AZ

Banqladeş rəsmisi: Dövlətlərarası informasiya axınını tənzimləmək üçün əməkdaşlıq zəruridir

Sosial medianın təsiri o qədər güclüdür ki, o, hökumətlərin süqutuna belə səbəb ola bilir.

APA xəbər verir ki, bunu D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən Media forumunda çıxışı zamanı Banqladeş Xalq Respublikasının İnformasiya və Yayım Nazirliyinin katibi Nur Md. Mahbubul Haq bildirib.

'İnformasiya və texnologiya ilə bağlı problemlərin həlli üçün biz yanlış informasiya və ya dezinformasiya ilə mübarizə aparmalı, istifadəçilər arasında media savadlılığını artırmalı və şübhəli məzmunları aşkarlamaq üçün texnologiyadan istifadə etməliyik", - o bildirib.

Mediada alqoritmlər və texnologiyalar davamlı şəkildə dəyişdiyini qeyd edən natiq bu dəyişikliklərə uyğunlaşmağın vacib olduğunu bildirib:


"Eyni zamanda, dövlətlərarası informasiya axınını və dezinformasiyanı tənzimləmək üçün əməkdaşlıq zəruridir".

Seçilən
29
1
apa.az

2Mənbələr