AZ

Bu ilin on ayında pensiya ödənişlərinə 5 milyard 920 milyon manat vəsait yönəldilib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 21 noyabr, AZƏRTAC

Bu ilin 10 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 516 milyon manat və ya 10 faiz çox olmaqla 5 milyard 920 milyon manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin əvvəlindən bütün növ pensiyaların 8,1 faiz indeksləşdirilərək artırılması, fevralın 1-dən minimum pensiyanın 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılması təmin edilib.

Yanvar-oktyabr aylarında 35 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 173 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
135
5
azertag.az

10Mənbələr